Azərbaycanda fiziki məhdudiyyətli şəxslərin işlə təmin olunması məqsədilə elektron platforma yaradılıb.
APA-nın xəbərinə görə, bu barədə Böyük Britaniya səfirliyinin “Twitter” hesabında bildirilib.
“Fiziki məhdudiyyət insanların peşə seçimləri və işlə təmin olunmalarında əngəl olmalı deyil. Daha inkluziv cəmiyyət quruculuğunu daim təşviq edən Britaniya səfirliyi qürur hissi ilə ərsəyə gətirdiyi https://pwd.az platformasını təqdim edir”, – deyə qeyd olunub.