Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin təşkilatçılığı ilə Türkiyəyə səfər edən Azərbaycan qazilərindən ibarət nümayəndə heyətinin növbəti görüşləri İstanbul şəhərində davam edib.
525.az xəbər verir ki, İstanbulda qazilərimiz Türkiyə Silahlı Qüvvələrinin Birinci Ordu Komandanı general-polkovnik Kemal Yeni ilə görüşdülər.
Ordu Komandan general-polkovnik Kemal Yeni Azərbaycan qazilərini Qarabağda qazanılan qələbə münasibətilə təbrik etdi və qzanılmış zəfərin Türk millətinin başını uca etdiyini vurğuladı.
Nümayəndə heyətinin rəhbəri, “Qardaşlığımız əbədidir” QHT Koalisoyasının və “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli hörmət və ehtiramlı qarşılanma üçün Ordu Komandanına təşəkkür bildirdi. Emin Həsənli Azərbaycan və Türk ordularının əməkdaşlığının Türk millətinin işıqlı sabahının qarantı olduğunu bildirdi və vurğuladı ki, Qardabaga qələbə bütün Türklərin qələbəsidir.