Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlıları sabahdan başlayaraq Qazaxıstandan çıxarılacaq.
“Report”un xəbərinə görə, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev deyib.
Dövlət başçısı bildirib ki, sülhmaramlıların ölkədən çıxarılmasına yanvarın 13-də start veriləcək.
O, ölkədə vəziyyətin sabitləşdirilməsində mühüm rol oynayan sülhməramlıların missiyasını çox uğurlu kimi qiymətləndirib.