KXDR hələlik məlum olmayan tipdə raket buraxılışı həyata keçirib.
APA-nın xəbərinə görə, bu barədə Yaponiyanın sahil mühafizə xidməti məlumat yayıb. Məlumatda göstərilir ki, Şimali Koreya ərazisindən Yapon dənizinə yeni raket atılıb. Bunun ballistik raket olduğu ehtimal edilir.
Qeyd edək ki, bu, il başlayandan Pxenyanın Yapon dənizinə atdığı dördüncü raketdir.