Pekin-2022 Qış Olimpiya Oyunlarının təqvimi bəllidir.
Azərbaycan idmançılarının yarışa qatılacağı vaxt dəqiqləşib.
Ölkəmiz yarışa iki idmançı ilə yollanacaq. Fiqurlu konkisürənlərimiz Vladimir Litvintsev və Yekaterina Ryabova fərqli tarixlərdə buz üzərinə çıxacaq.
Pekin Olimpiadası yığmamız üçün fevralın 8-də start götürəcək. Hər iki idmançımız qısa proqramdan sonra sərbəst proqramda çıxış etmək üçün yüksək yerlər tutmalıdır.
8 fevral
05:22. Kişilər, qısa proqram
10 fevral
05:38. Kişilər, sərbəst proqram
15 fevral
14:08. Qadınlar, qısa proqram
17 fevral
14:08. Qadınlar, sərbəst proqram
Qeyd edək ki, Olimpiada fevralın 4-20-də baş tutacaq.
(Apasport.az)