“Ulduz” jurnalının 2022-ci ildə ilk nömrəsi çap olunub.
AZƏRTAC xəbər verir ki, jurnalda ilk olaraq Səlim Babullaoğlunun “Yanvar: Qarın şərhi” adlı şeiri, ardından isə gənc yazar Orxan Cuvarlının özüylə söhbəti və hekayəsi təqdim edilib.
“Qısa fikirlər xəzinəsi”ni Məhəmməd Əmin Rəsulzadənin kəlamları bəzəyir. “Yazı masası”nın budəfəki qonağı dərginin qocaman əməkdaşı, rəssam Ədalət Həsəndir.
“Şeir vaxtı”nda Gülnar Ümid, Bəsti Məmməd, Ülkər Nicatlı, İltimas Səmimi, Əbülfət Mədətoğlu, Aysel Nəsirzadə və Zöhrab Mehdinin poeziya nümunələri dərc olunub.
Əli Əmirlinin ənənəvi “Ustad dərsləri”nin cari mövzusu “Mənim personajlarım”dır.
Günel Hacıyevanın “Lili möhtəşəm qadın idi”, Zəka Vilayətoğlunun “Çöhrəgülü”, Çinarə Ömrayın “Hamiləlik testi”, Firuz Mustafanın “Bülbül yuvası” kimi hekayələri xüsusi maraq kəsb edir. Eminqueyin “Məmməd Arazın sufi həqiqətinə çatmış “Dünya”sı” adlı essesi Məmməd Arazın “Dünya sənin, dünya mənim” şeirinin bədii təhlilini gerçəkləşdirir.
Tarix üzrə fəlsəfə doktoru Leyla Abbasovanın Sevinc Nuruqızının “Ağca və Cubbulu” əsərinin quruluşu, redaktəsi, nəşri məsələlərini özündə ehtiva yazısı diqqət çəkir.
Xuraman Hüseynzadənin “Uzaqlar yordu məni…” adlı tənqidi yazısı Nazim Əhmədli yaradıcılığına işıq tutur. Şəfa Vəlinin “Əvvəldən yeri Yuxarıbaş olub” başlıqlı müsahibəsində Xalq şairi Bəxtiyar Vahabzadənin Şəkidəki ev-muzeyinin direktoru Elşən Zəkəriyyəbəyli söhbətə çəkilir.
“Təbriz eli” rubrikasında Pərvanə Məmmədlinin “İstərəm Vətənimdə qanım rəngli bir kilidlə azadlığa yollar açam” başlıqlı yazısı, “Türk eli” rubrikasında isə Cahit Günayın şeirləri təqdim olunur.
“Dərgidə kitab”da Əflatun Amaşovun “Qanıq, Hasan, bir də Qaragöz” romanı, “Sərgi”də isə Ədalət Həsənin qrafik rəsmləri yer alıb.