- Cəmiyyət

“SpaceX”ın 40 peyki sıradan çıxıb

Kosmosda baş verən geomaqnit qasırğası nəticəsində Elon Maska məxsus “SpaceX” şirkəti tərəfindən ötən həftə orbitə buraxılmış 40 peykini sıradan çıxarıb.

“Report” xarici mediyaya istinadən xəbər verir ki, bunu “SpaceX” şirkətindən təsdiq ediblər.

Məlumata görə, ötən cümə günü “Starlink” layihəsi üzrə ümumilikdə 49 peyki kosmosa göndərilib və onların böyük əksəriyyəti orbitə çıxmaq əvəzinə atmosferə daxil olmadan yanıb.

Bu peyklər kosmosda dünyanı sabit internetlə təmin etmək üçün hazırlanan peyk qrupunun tərkib hissəsi idi.

Qeyd edək ki, “Starlink” dünyanın kəsintisiz internetlə təmin etmək üçün planlaşdırılan bir layihədir. E.Mask bu məqsədlə 12 000 peyki orbitə çıxarmaq üçün ABŞ rəsmilərindən icazə alıb. Hazırda isə 2 000 peyk kosmosda öz orbitindədir.