“Rusiya-Ukrayna münaqişəsinin kəskinləşməsi fonunda Almaniya hökuməti Rusiya-Almaniya qaz kəmərinin “Şimal axını 2” layihəsinin sertifikasiya prosesini dayandırır”.
“Report” xəbər verir ki, bunu Almaniyanın kansleri Olaf Şolts söyləyib.
Onun sözlərinə görə, ölkənin İqtisadiyyat Nazirliyinə artıq müvafiq tapşırıqlar verilib:
“Şimal axını – 2”nin dayandırılması rəsmi Moskavaya aydın siqnaldır ki, belə hərəkətləri fəsadsız ötüşməyəcək”.
Kansler bildirib ki, Rusiyanın dünyada dəstəyi yoxdur.