Fransanın xarici işlər naziri Jan-İv Le Drian rusiyalı həmkarı Sergey Lavrovla görüşü ləğv edib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə o özü jurnalistlərə bildirib.
“Görüş cümə gününə planlaşdırılmışdı. Amma daha yox”, – fransalı nazir deyib.
Onun sözlərinə görə, Lavrovla danışıqlar yalnız Ukraynaya hücum olunmayacağı halda müzakirə edilmişdi.
Görüş fevralın 25-də Parisdə baş tutmalı idi.