“Varşava, İstanbul, Bakı – biz bu şəhərləri danışıqlar üçün Rusiyaya təklif etmişik. Və raketlərin Ukraynaya uçmadığı hər hansı digər şəhər”.
“Report” xəbər verir ki, bunları Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
Zelenski bildirib ki, Kiyev Rusiya ilə sülh və danışıqlar istəyir.
“Əgər ərazilərinizdən təcavüzkar hərəkətlər olmasaydı, Minskdə, sizin şəhərinizdə danışa bilərdik”, – Ukrayna lideri deyib. “İndi biz deyirik: Minsk yox. Digər şəhərlər görüş yeri ola bilər”, – Zelenski vurğulayıb.