- Cəmiyyət, Manşet

Ukrayna “hava-hava” raketlərinin böyük partiyasını alıb

Onlar artıq Ukrayna qırıcılarının qanadları altındadır.

Ukrayna  Qərb tərəfdaşlarından aviasiya üçün “hava-hava” tipli raketlərin böyük partiyasını alıb.

Kamilinfo unian.net-ə istinadən bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Hərbi Hava Qüvvələrinin komandanlığı məlumat yayıb.

“Onlar artıq bizim qırıcılarımızın qanadları altındadırlar. Pilotlar əmin edirlər ki, bu, bütün işğalçılar üçün yetər! Yaşasın Ukrayna!”, – deyə xəbərdə bildirilir.