Ukrayna prezidenti Vladimir Zelenski rus işğalçılarına qarşı mübarizə aparmaq üçün yeni hərbi birləşmənin – Beynəlxalq Legionun yaradılmasını elan edib.
Kamilinfo unian net-ə istinadən bildirir ki, bu barədə müdafiə nazirinin müavini Anna Malyar məlumat verib.
“Rusiya işğalçılarına qarşı müqavimətə qoşulmaq istəyən xarici vətəndaşlardan artıq bir neçə min müraciət daxil olub”, – deyə o bildirib.