- Cəmiyyət, Manşet

Rusiyada ictimai xadimlər Müharibə Əleyhinə Komitə yaradıblar

Sənədi Yevgeni Kiselev, Yevgeni Çiçvarkin və başqaları imzalayıblar.

Fevralın 27-də rus ictimai xadimləri Rusiya Federasiyasının Müharibə Əleyhinə Komitəsini yaradıblar.

“Amerikanın Səsi” xəbər verir ki, bunu Rusiya Federasiyasından olan keçmiş iş adamı Mixail Xodorkovskinin mətbuat katibi Maksim Dbar deyib.

Qeyd olunub ki, fevralın 24-də Rusiya Federasiyası Ukraynaya qarşı müharibəyə başlayıb və bunu bütün ruslar adından müharibə cinayəti adlandırıblar.

“Rusiya Federasiyasının vətəndaşı olaraq öz iradəmizə zidd olaraq beynəlxalq hüququn pozulmasına, hərbi işğala və insanların kütləvi ölümünə görə məsuliyyət daşıdıq. Törədilən cinayətin böyüklüyü susmağa və ya passiv fikir ayrılığı nümayiş etdirməyə imkan vermir…

“Biz müharibənin qarşısını ala bilmədiyimizə, rus qoşunlarının qonşu ölkəyə xain hücumuna yol verdiyimizə görə mənəvi məsuliyyət daşıyırıq. Amma işğalın birbaşa iştirakçıları – generallar, Rusiyanın siyasi rəhbərliyi hərbi cinayətkarlar adlandırılmalıdır. Onların hər biri ayrı-ayrılıqda və hamı birlikdə öz əməllərinə görə cəzalandırılmalıdırlar”, – deyə sənəddə bildirilir.
Komitəsi dünya hökumətlərinə beynəlxalq hüququ pozanlara qarşı prinsipial mövqe tutmaq tələbi ilə müraciət edib.

Sənədi Yevgeni Kiselev, Vladimir Kara-Murza, Sergey Quryev, Mixail Xodorkovski, Qarri Kasparov, Sergey Aleksaşenko, Yuri Pivovarov, Viktor Şenderoviç, Dmitri Qudkov, Boris Zimin, Yevgeni Çiçvarkin imzalayıb.