BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi Ukrayna-Rusiya işi üzrə dinləmələr keçirəcək.
“Report” xəbər verir ki, bu barədə qurumun saytında məlumat yayılıb.
Məhkəmə açıq dinləmələri 7 və 8 mart tarixlərində Haaqada baş tutacaq.
Dinləmələr Ukrayna tərəfindən təqdim edilən müraciətə həsr olunacaq. Müraciət Rusiya tərəfindən bu ölkəyə qarşı soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması ilə bağlıdır.
Hazırkı COVID-19 pandemiyasını nəzərə alaraq, dinləmələr hibrid formatda təşkil olunacaq.