“Otkritie”, “Novikombank”, “Promsvyazbank”, “Bank of Russia”, “Sovcombank”, VTB və VEB.RF bankları SWIFT-dən ayrılıb.
Avropa İttifaqı yeddi Rusiya bankını SWIFT beynəlxalq banklararası ödəniş sistemindən ayırır.
Bu barədə Avropa İttifaqının rəsmi jurnalında deyilir.
Bunlar “Otkritie”, “Novikombank”, “Promsvyazbank”, “Bank of Russia”, “Sovcombank”, VTB və VEB.RF-dir.
“Sberbank” və “Qazprombank” SWIFT beynəlxalq banklararası ödəniş sistemindən ayrılma məhdudiyyətinə məruz qalmayıb.