Almaniya ARD və ZDF kanalları Rusiyada fəaliyyətini müvəqqəti olaraq dayandırır.
APA-nın “Figaro”ya istinadla xəbərinə görə, hər 2 media qurumunun Moskvadakı studiyaları yayımı dayandırıb. Bununla belə, media qurumlarının Rusiyada məlumat toplamağa davam edib-etməyəcəyi də məlum deyil. ARD kanalı Moskvada 1956-cı ildən fəaliyyət göstərirdi.
Oxşar addımı ABŞ-ın CNN və İtaliyanın RAİ televiziyaları da atıb.
“Bloomberg” agentliyi isə Rusiyada informasiya toplanması prosesini dayandırıb