Koreya Respublikası Ukrayna ətrafında yaranmış vəziyyətlə əlaqədar Rusiya Mərkəzi Bankı ilə əməliyyatları dayandıracaq.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Məlumata görə, bu addımın təfərrüatları daha sonra – müvafiq idarələrlə məsləhətləşmələrin ardından açıqlanacaq.
Daha əvvəl rəsmi Seul Qərbin sanksiyaları altında olan 7 Rusiya bankı ilə hesablaşmaları dayandırmışdı.