- Cəmiyyət

Azərbaycanın Ukraynadakı səfirliyinin diplomatları Lvova köçürülüb

Ukraynadakı vəziyyətlə əlaqədar, paytaxt Kiyev şəhərində artan təhlükəsizlik şəraitində bu şəhərdə fəaliyyət göstərən Azərbaycan diplomatları Ukraynanın Lvov şəhərinə köçüblər.

Bu barədə “Report”a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Qeyd olunub ki, müvəqqəti olaraq Lvov şəhərində fəaliyyət göstərəcək diplomatlarımız, Ukraynadakı azərbaycanlıların müraciətləri, o cümlədən, təxliyə məsələsi ilə bağlı fəaliyyəti davam etdirəcək.