Dəmiryol vaqonları və nəqliyyat sistemləri istehsalçısı olan Fransanın “Alstom” konserni Rusiyada bütün tədarükləri, eləcə də gələcək biznes investisiyalarını dayandırdığını elan edib.
“APA-Economics” TASS-a istinadən xəbər verir ki, bu barədə Fransa konserninin bəyanatında deyilir.
“”Alstom” hazırda Ukraynada baş verən hadisələri diqqətlə izləyir. Qrup, şübhəsiz ki, bütün tətbiq olunan sanksiyalara və qanunlara əməl edəcək və Rusiya Federasiyasına bütün tədarükləri dayandırmaq qərarına gəlib. “Alstom” Rusiyaya gələcək bütün biznes investisiyalarının dayandırıldığını təsdiqləyir”, – bəyanatda qeyd edilir.