Böyük Britaniya hökuməti daha 350 rusiyalı şəxsə və quruma qarşı sanksiyalar tətbiq edib.
APA-nın London bürosu xəbər verir ki, bununla da Rusiyanın Ukraynanı işğalından bəri tətbiq edilən sanksiyaların ümumi sayı 1000-i ötüb.
Sanksiyaların tətbiq olunduğu şəxslər arasında müdafiə naziri Sergey Şoyqu, Kremlin sözçüsü Dmitri Peskov, Baş nazir Mixail Mişustin, Dmitri Medvedev, Sergey İvanov, Mariya Zaxarova, Marqarita Simonyan və digərlərinin adı yer alıb.
Sanksiyaların təxminən 775-i fiziki şəxslərə, qalanları isə banklara, qurumlara, şirkətlərə və törəmə şirkətlərə aiddir.
Qeyd edək ki, bu gün Böyük Britaniya hökuməti həmçinin Rusiyaya dəbdəbəli malların ixracına qadağa qoyub və bu ölkədən vodka kimi məhsulların idxal tariflərini artırıb.