Prezident Aparatı sədrinin müşaviri əmindir ki, ukraynalılar öz evlərinə qayıda biləcəklər.
Prezident Aparatı rəhbərinin müşaviri Aleksey Arestoviç əmindir ki, müharibənin aktiv mərhələsi 2-3 həftəyə başa çatmalıdır.
kamilinfo unian.net-ə istinadən bildirir ki, bu barədə Arestoviç özünün “Telegram” kanalında yazıb.
“Kiyev, Xarkov, Sumı və Çerniqov yaxınlığında aktiv faza, demək olar ki, başa çatıb. Onlar hardasa ehtiyatlarını yığsalar. hücuma keçməyə çalışsalar da, bu, yenə də onların məğlubiyyəti ilə yekunlaşacaq. Burada yalnız bir nəticə var, onlar strateji cəhətdən uduzdular, əməliyyat baxımından da uduzacaqlar. Düşünürəm ki, aprelin ortalarında, aprelin sonunda şəhəri tərk edən kiyevlilər evlərinə qayıda biləcəklər”, – deyə Arestoviç bildirib.