- Cəmiyyət

Kiyevin Podolski rayonunda güclü partlayışlar baş verib

Kiyevin Podolski rayonunda bir neçə partlayış səsi eşidilib.

APA UNİNA-a istinadən xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko “Telegram”da məlumat verib.

“Paytaxtın Podolski rayonunda bir neçə partlayış baş verib. Verilən məlumata görə,hadisə yaşayış evlərinin və ticarət mərkəzlərinin olduğu ərazidə baş verib”, – deyə o bildirib.

Kliçkonun sözlərinə görə, xilasedicilər, həkimlər və polis artıq hadisə yerindədir.