Azərbaycanın sərbəst güləşçisi Əşrəf Aşırov Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında Ermənistan təmsilçisinə qalib gəlib.
“Report”un məlumatına görə, 79 kq çəki dərəcəsində çıxış edən idmançı 1/4 finalda Arman Avaqyanla qarşılaşıb.
Rəqibinə 111 saniyəyə (1 dəqiqə 49 saniyə) tam üstünüklə – 11:0 hesabı ilə qalib gələn Aşırov yarımfinala yüksəlib.