Almaniyanın xarici işlər naziri Annalena Burbok Buçadakı qırğınlarla bağlı xəbərlərdən sonra yeni anti-Rusiya sanksiyaları elan edib.
“Buçadan fotolara baxmaq mümkün deyil, qorxuncdur. Putinin qəddarlığının həddi-hüdudu yoxdur, o, bütün günahsız ailələri məhv edir. Müharibə cinayətlərinə görə məsuliyyət daşıyanlar cəzalandırılmalıdır. Biz Rusiya Federasiyasına qarşı sanksiyaları daha da sərtləşdirəcəyik və Ukraynanın müdafiəni dəstəkləməyə davam edəcəyik”, – Burbok Twitter-də yazıb.