- Cəmiyyət, Manşet

Yaponiyanın baş naziri Kiyev yaxınlığındakı dəhşətlərə görə Rusiyanı sərt şəkildə cəzalandırmağı tələb edib

Yaponiyanın baş naziri Fumio Kişida qeyd edir ki, Rusiya Kiyev ətrafında dinc ukraynalıların öldürülməsinə görə ciddi cavab verməlidir.

Bu barədə Yaponiya səfirliyinin “Facebook”dakı məlumatında ​​deyilir.

“Mən Kiyevətrafı qəsəbələrdə dinc əhaliyə qarşı həyata keçirilən son dərəcə dəhşətli aksiyalardan dərin sarsılmışam. Günahsız vətəndaşların öldürülməsi beynəlxalq humanitar hüququn pozulmasıdır və bağışlanması mümkün olmayan, qətiyyətlə pislədiyimiz bir hərəkətdir. Rusiya bunun üçün mütləq ciddi məsuliyyət daşımalıdır”, – deyə Kişida bildirib.