- Cəmiyyət, Manşet

Bayden Putinin hərbi cinayətlərini araşdırmaq üçün tribunal yaratmağa çağırıb

ABŞ prezidenti Co Bayden Rusiya prezidenti Vladimir Putinin hərbi cinayətlərinin araşdırılmasına çağırıb və Rusiyaya qarşı sanksiyaların artırılmasını tələb edəcəyini bildirib.

Bu barədə AP NEWS yazır. Bayden Putini “qəddar” adlandırıb.

“Buçada baş verənlər dəhşətlidir və hamı bunu görür”, deyib Bayden.

“Biz Ukraynanı döyüşü davam etdirmək üçün lazım olan silahlarla təmin etməyə davam etməliyik. Müharibə cinayətləri üzrə məhkəmənin keçirilməsi üçün bütün detalları toplamaq lazımdır”, – Bayden deyib.
unian.net