“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bildirib.
Sallivan əlavə edib ki, ABŞ bu məsələdə müttəfiqləri və tərəfdaşları ilə koordinasiya edir.
Müşavir vurğulayıb ki, yaxın günlərdə ABŞ Ukraynaya əlavə hərbi yardım göndərəcəyini açıqlayacaq:
“ABŞ və onun müttəfiqlərindən hərbi yardım bu gün də daxil olmaqla hər gün gəlir və yaxın günlərdə əlavə hərbi dəstək elan edəcəyik”.
O qeyd edib ki, fevralın 24-dən ABŞ Ukraynaya 1,65 milyard dollar məbləğində silah və sursat ayırıb.