Ukraynada Rusiya aviasiyası öz motoatıcı briqadasının hissələrini Ukrayna ordusu ilə səhv salaraq bombalayıb.
Kamilinfo.net-in xəbərinə görə, bu barədə Facebook-da jurnalist Roman Tsibmalyuk məlumat verib.
“Ukraynada gedən döyüşlər zamanı 38-ci ayrı motoatıcı briqada (21720 saylı hərbi hissə, Yekaterinoslavka, Amur vilayəti) Rusiya aviasiyasının öz qoşunlarını Ukrayna Silahlı Qüvvələrindən ayıra bilməməsi səbəbindən xeyli şəxsi heyət itkisinə məruz qalıb”, deyə jurnalist bildirib.
Jurnalistin sözlərinə görə, aviasiya tərəfindən öz mövqelərinin bombalanmasından sonra “38-ci motoatıcı briqadanın komandiri, polkovnik Kurbanov Andrey Borisoviç Şərq Hərbi Dairəsinin komandiri, general-polkovnik Aleksandr Yureviç Çaykodan ona bir daha belə hava dəstəyi verməməyi xahiş edib”.