kamilinfo unian-net-ə istinadən bildirir ki, Rusiya Federasiyasının Cinayət Məcəlləsində artıq qarətkarlığa görə cəza nəzərdə tutulmur. Müvafiq maddə dekriminallaşdırılıb.
Ukrayna Daxili İşlər Nazirliyi rəhbərinin müşaviri Anton Geraşenko şəxsi Telegram kanalında Rusiya qanunvericiliyində edilən dəyişikliyə diqqət çəkib.
O, Rusiya Federasiyasının Cinayət Məcəlləsindən çıxarışla skrinşot dərc edib. Şəkildə 266-cı maddə “Qarətkarlıq” göstərilir. Əvvəllər Rusiyada döyüş meydanında əşya oğurlamaq 3 ildən 10 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılırdı. İndi də bu maddənin altında belə bir qeyd var: “Rusiya Federasiyasının Cinayət Məcəlləsi bu cinayət tərkibini dekriminallaşdırıb”. Yəni Ukraynada minlərlə oğurlanmış əşyaya görə rus əsgərləri mühakimə olunmayacaq.