Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski Buça faciəsini Xocalı qırğını ilə müqayisə edib.
“Report” xəbər verir ki, diplomat bu barədə tviter səhifəsində yazıb.
“1992-ci ilin Xocalı faciəsindən 2022-ci il Buça qırğınınadək 30 il ötüb. Vaxt keçir, amma dəst-xətt dəyişməzdir…”, – V.Kanevski qeyd edib.
Xatırladaq ki, Ukraynanın Kiyev əyalətində bu günlərdə Rusiya işğalçılarından azad edilmiş Buça şəhərində işğal dövründə öldürülmüş dinc sakinlərin azı 320 nəfər olduğu bildirilir.