Avropa İttifaqı (Aİ) Ukrayna Silahlı qüvvələrinə yardım üçün ayrılan vəsaiti daha 500 milyon avro artırmaq niyyətindədir.
APA xəbər verir ki, bu barədə Avropa Şurasının rəhbəri Şarl Mişel “Twitter“ hesabında yazıb.
“Bu yardımdan sonra Aİ-nin Ukraynaya hərbi yardımının məbləği 1,5 milyard avro təşkil edəcək”, – deyə Mişel qeyd edib.