Ukraynadakı münaqişəyə görə Almaniya özünün yeraltı sığınacaq sisteminin möhkəmləndirilməsi üzərində işlərə başlayıb, həm də müharibə halı üçün ehtiyatlar yaratmağa girişib.
Bu barədə «Röyter» agentliyi xəbər verib.
Xarici işlər naziri Nensi Fezer xəbər verib ki, hökumət həm də ictimai sığınacaq sisteminin modernləşdirilməsi imkanlarına və mülki müdafiə üçün xərclərin artırılmasına baxır. Bunlarla bir sırada tibbi avadanlığın, qoruyucu paltarlar və dərmanların böhran ehtiyatı yaradılacaq.
Fezerin məlumatına görə, hazırda AFR-də 599sığınacaq var. Onların demontajı artıq dayandırılıb və yaxın gələcəkdə hökumət böyük sayda bunkerlərin modernləşdirilməsi məsələsinə baxacaq.
Onun sözlərinə görə, Almaniya yeraltı dayanacaqların möhkəmləndirilməsinin yeni konsepsiyası üzərində işləyir ki, onlar sığınacaq kimi istifadə edilə bilsin. Bundan başqa, hökumət artıq yeni həyəcan siqnalı sistemlərinin qurulması üçün federal torpaqlara 88 milyon avro ayırıb. (AzPolitika.info)