Rusiya Müdafiə Nazirliyi “Moskva” kreyserinin fırtına zamanı yedəkləmə zamanı batdığını bildirib.
kamilinfo bildirir ki, bu barədə lenta.ru TASS-a istinadən məlumat yayıb.
“Moskva” kreyserinin təyinat limanına çəkilməsi zamanı sursatın partlaması nəticəsində yanğın zamanı gövdəyə ziyan dəydiyi üçün gəmi dayanıqlığını itirib”, – deyə nazirlikdən bildirilib.
Müdafiə Nazirliyi əlavə edib ki, daha əvvəl xəbər verildiyi kimi, kreyserin ekipajı ərazidəki Qara dəniz donanmasının gəmilərinə təxliyə edilib.