Finlandiya və İsveçin Şimali Atlantika Alyansına qoşulması onların təhlükəsizliyinin möhkəmlənməsinə kömək etməyəcək, bu ölkələr “NATO-nun ön xəttində” olacaqlar.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
“NATO-ya üzvlük onların milli təhlükəsizliyini gücləndirmək iqtidarında deyil. Onlar avtomatik olaraq NATO-nun ön xəttində olacaqlar”, – Rusiya XİN sözçüsü vurğulayıb.
Zaxarovanın sözlərinə görə, Finlandiya və İsveç anlamalıdır ki, onların NATO-ya mümkün üzvlüyü Rusiya Federasiyası ilə münasibətlərə və Avropanın təhlükəsizliyinə təsir edəcək.