- Cəmiyyət

Ukrayna Silahlı Qüvvələri bir gündə Rusiyanın üç təyyarəsini və üç qanadlı raketi vurub

Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri bir gündə 3 Rusiya təyyarəsini və 3 qanadlı raketi vurub.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanlığı Facebook sosial şəbəkəsində məlumat yayıb.

“Ruslar Şərq və Cənub istiqamətlərində bir neçə hava hücumu həyata keçirib və üç təyyarəsini itirib. Ümumilikdə aprelin 25-də gündə 10 hava hədəfi vurulub”, – məlumatda deyilir.

Söhbət üç təyyarə (Su-34, Su-35, Su-30), 3 qanadlı raket və 4 PUA-dan (ehtimal ki, Orlan-10) gedir.

Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələri arvadı ukraynalı qadınları zorlamağa çağıran işğalçını ələ keçirib.