- Cəmiyyət

Çempionlar Liqası: “Liverpul” “Vilyarreal”ı udub

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına yekun vurulub.

“Report”un məlumatına görə, bu raundun ikinci matçında İngiltərə “Liverpul”u İspaniyanın “Vilyarreal” klubunu qəbul edib. “Enfild” stadionundakı görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Hər 2 qol ikinci hissədə vurulub. Hesab 53-cü dəqiqədə açılıb. Qonaqların qapıçısı Xeronimo Rulyi avtoqol müəllifi olub. Cəmi 2 dəqiqə sonra isə Sadio Mane fərqlənib.

Komandalar arasında cavab matçı mayın 3-də İspaniyada keçiriləcək.

UEFA Çempionlar Liqası, yarımfinal

İlk oyun

28 aprel

23:00. “Liverpul” (İngiltərə) – “Vilyarreal” (İspaniya) – 2:0

Qollar: Xeronimo Rulyi, 53 (avtoqol), Sadio Mane, 55

Baş hakim: Şimon Marçinyak (Polşa)

Liverpul, “Enfild” stadionu

Qeyd edək ki, yarımfinalın ilk oyununda İspaniya “Real Madrid”i İngiltərədə “Mançester Siti”yə uduzub – 3:4.