- Cəmiyyət, Manşet

ABŞ Prezidentinin müşaviri Türkiyəyə təşəkkür edib

ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan Türkiyəyə təşəkkür edib.

APA xəbər verir ki, bu barədə Sallivan “Twitter“də bildirib.

“Trevor Ridi vətəndə salamlayarkən, onun sağ-salamat geri qayıtmasındakı oynadığı rola görə Türkiyəyə minnətdarıq. Bu mühüm məsələdə türkiyəli tərəfdaşlarımızın köməyini yüksək qiymətləndiririk”,- deyə Sallivan bildirib.

Qeyd edək ki, Rusiya və ABŞ arasında məhbusların mübadiləsi baş tutub.

Rusiya Xarici İşlər Nazirliyi bu ölkədə həbsdə olan ABŞ vətəndaşı Trevor Ridlə Amerika Birləşmiş Ştatlarında məhbusluq həyatı yaşayan pilot Konstantin Yaroşenkonun dəyişdirildiyi açıqlamasını vermişdi.

Xatırladaq ki, Rusiya vətəndaşı Konstantin Yaroşenko 2010-cu ildə Amerika məhkəməsi tərəfindən 20 il müddətinə azadlıqdan məhrum edilib.