- Cəmiyyət

Aİ-yə üzv ölkələrin enerji nazirlərinin fövqəladə iclası keçiriləcək

Avropa İttifaqına (Aİ) üzv ölkələrin enerji nazirlərinin fövqəladə iclası keçiriləcək.

APA xəbər verir ki, bu barədə Aİ Şurasının mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, Ukraynadakı müharibə kontekstində Aİ-nin enerji vəziyyətini müzakirə etmək üçün mayın 2-də enerji nazirlərinin fövqəladə iclası keçiriləcək.