- Cəmiyyət

Neft Daşlarında dalğanın hündürlüyü 3,4 metrə çatıb

Azərbaycanda müşahidə olunan faktiki hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mayın 9-u saat 11:00-a olan məlumata əsasən ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti davam edib, bəzi yerlərdə şimşək çaxıb, fasilələrlə yağış yağıb, Böyük Qafqazın bəzi yerlərində leysan xarakterli intensiv olub. Şahdağda qar yağıb, qar örtüyünün hündürlüyü 1 sm olub.

Şimal-qərb küləyi mayın 8-i səhər saatlarında arabir Tovuz, Naftalanda 24 m/s, Bakıda və Abşeron yarımadasında: Bakıda 23 m/s, Çilov adası, Pirallahıda 20 m/s, Binə, Neft daşlarında 17 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3,4 metrə çatıb.

Havanın maksimal temperaturu: mayın 8-də Bakıda iqlim normasından 1.5° aşağı olub, Bakıda və Abşeron yarımadasında 16-18° isti, Naxçıvan MR-da 17-22° isti, dağlıq rayonlarda 7-9° isti, aran rayonlarında 15-17° isti olub.