Moskva Kiyevin Rusiyanın səsləndirdiyi tələbləri qəbul edib, real vəziyyəti dərk etməsini gözləyir.
APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
“Moskva Kiyevin Rusiyanın tələblərini qəbul etməsini və de-fakto vəziyyəti, mövcud olan real vəziyyəti dərk etməsini gözləyir. Bunlar ərazi güzəştləri deyil. Bir daha təkrar edirəm, Kiyevə de-fakto vəziyyəti tanımaq və sadəcə ayıq şəkildə qiymətləndirmək lazımdır ”, – deyə Kremlin sözçüsü Moskvanın Kiyevdən hansı güzəştlər gözlədiyi və bunun ərazi güzəştlərinə də şamil edilib-edilməməsi ilə bağlı suala cavabında qeyd edib.