- Cəmiyyət

Azərbaycanın Müstəqillik Günü və Şuşanın 270 illiyi Mexikoda qeyd olunub

Meksikanın paytaxtı Mexiko şəhərində 28 May – Müstəqillik Günü və ölkəmizin mədəniyyət paytaxtı Şuşa şəhərinin 270 illiyi münasibətilə rəsmi ziyafət təşkil edilib.

Azərbaycanın Meksikadakı səfirliyindən APA-ya verilən xəbərə görə, tədbirdə Meksika Turizm nazinin müavini Umberto Ernandez Haddad, Meksika Deputatlar Palatasındakı Meksika-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvü, millət vəkili Marko Antonio Peres Qaribay, digər dövlət və hökumət qurumlarının rəsmiləri, ölkədə akkreditə olunmuş çoxsaylı səfirlər, diplomatik korpusun digər nümayəndələri, yerli KİV təmsilçiləri, işgüzar və elmi dairələr, gənclər və icma təşkilatları üzvləri, həmçinin bu ölkədə yaşayan həmvətənlərimiz iştirak ediblər.