- Cəmiyyət

İtaliya Almaniya ilə heç-heçə edib, İngiltərə uduzub, Türkiyə qalib gəlib

UEFA Millətlər Liqasının qrup mərhələsində I tura yekun vurulub.

“Report”un məlumatına görə, sonuncu oyun günündə A, B və C Liqalarında 7 qarşılaşma oynanılıb.

A Liqasının 3-cü qrupunda son Avropa çempionu İtaliya Almaniyanı qəbul edib. Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. Qrupun digər matçında İngiltərə səfərdə Macarıstana uduzub – 0:1.

C Liqasının 1-ci qrupunda Türkiyə Farer Adalarını darmadağın edib – 4:0. Lüksemburq isə səfərdə Litvanı yenib – 2:0.

UEFA Millətlər Liqası

I tur

A Liqası

3-cü qrup

20:00. Macarıstan – İngiltərə – 1:0

Qol: Dominik Soboslai, 66