Özbəkistan parlamenti Qaraqalpaqıstanın suveren statusunun saxlanmasını dəstəkləyib.
APA Lenta.ru-ya istinadən xəbər verir ki, bununla bağlı müddəa Konstitusiya dəyişikliyi layihəsində yer alıb.
Qeyd edkə ki, təklif edilən yeni layihədə Qaraqalpaqın Özbəkistan Respublikasının tərkibinə daxil olan suveren respublika olması və Qaraqalpaq xalqının ümumxalq referendumu əsasında Özbəkistanın tərkibindən ayrıla bilməsinə dair maddənin ölkə Konstitusiyasından çıxarılması təklif edilirdi.