Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə qazaxıstanlı həmkarı Qasım-Jomart Tokayev arasında telefon danışığı olub.
“Report” “Sputnik Özbəkistan”a istinadən xəbər verir ki, dövlət başçıları Qaraqalpaqdakı durumu müzakirə ediblər.
Qasım-Jomart Tokayev Özbəkistanda sabitliyin təmin olunması istiqamətində həyata keçirilən sərt tədbirləri dəstəklədiyini bildirib. Həmçinin iki ölkə arasındakı strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri müzakirə edilib.