Sabah, iyulun 5-də Finlandiya və İsveçin NATO-ya daxil olması ilə protokollar imzalanacaq.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Alyans Qərargahından bildirilib.
Təşkilata üzv olan 30 ölkənin hər biri sənədi ratifikasiya etdikdən sonra İsveç və Finlandiya NATO-ya üzv olacaq.