- Cəmiyyət, Manşet

Rusiya hərbçiləri Ukraynada öz qırıcılarını vurublar

Rusiya hərbçiləri gecə saatlarında Ukrayna ərazisində özlərinin “Su-34” qırıcı-bombardımançı təyyarələrini vurublar.

“Report” xəbər verir ki, bu barədə UNIAN məlumat yayıb.

Bildirilib ki, hadisə Ukraynanın Luqansk vilayətinin Alçevsk şəhərində baş verib.

Qeyd edək ki, “Su-34”ün qiyməti 36 milyon dollardır.

Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələri ölkə ərazsidinə Rusiyanın 220 döyüş təyyarəsini və 188 helikopterini məhv edib.