Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) xüsusi əməliyyat keçirib.
“Report” “Haber Global”a istinadən xəbər verir ki, PKK/YPG-nin Ayn əl-Ərəbi adlandırılan “Kəndal erməni” kod adlı Şahin Tekintanğacı zərərsizləşdirib.
Təhlükəsizlik qüvvələri əvvəllər Ağrı, Qars, Van, Bingöl, Bitlis və digər kəndlərdə terror təşkilatı adına fəaliyyət göstərən terrorçu Tekintanğacın yerini müəyyən edib. O, bir çox terror aktlarında şəxsən iştirak edib.