İngiltərədə Mühafizəkarlar Partiyasının üzvləri Boris Consonun liderlik yarışına qatılmasını istəyir.
525.az xarici mediaya istinadən xəbər verir ki, 2000-dən çox üzv partiyaya maliyyə yardımı edən Lord Kruddas və keçmiş deputat Devid Kempbell-Bannermanın hazırladığı kampaniyaya dəstək olub. Onlar Consonun liderlik yarışında iştirakının tərəfdarıdırlar.
Xatırladaq ki, Baş nazir Boris Conson iyulun 7-də istefa verib və hazırda bu post üçün sabiq maliyyə naziri Rişi Sunak və xarici işlər naziri Liz Trass mübarizə aparır. Partiyanın yeni lideri sentyabrın 5-də bəlli olacaq.