- Cəmiyyət

ABŞ institutu: “Rusiya nümayəndələri “referendum”a hazırlıq üçün Ukraynaya göndərilib”

“Hakim Vahid Rusiya Partiyasının üzvləri Ukraynaya göndərilib. Məqsəd həmin ərazilərin ilhaqı ilə bağlı “referandum” keçirilməsinə hazırlıqdır”.

“Report” xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.

“Amma Ukraynanın işğal olunmuş Xersona əks-hücumu “referandum” cəhdlərinə mane ola bilər. Bu əks-hücumların Xersonun ilhaqı və sakinlərə pasport paylanmasını ləngitməsi mümkündür”, – təşkilatdan bildirilib.

Qeyd edək ki, daha əvvəl ABŞ-ın Müdafiə Nazirliyi (Pentaqon) Ukraynanın Xerson istiqamətində müəyyən uğurlar əldə etməsinə dair məlumat yaymışdı.