“Quql” şirkətinin təqdim etdiyi xidmətlərdə kütləvi problemlər müşahidə olunur.
APA-nın xəbərinə görə, bu barədə “Downdetector” saytı məlumat verib. Əsas şikayətlər axtarış sistemi ilə bağlıdır. Bununla yanaşı “Quql Maps” servisinin də işində ləngimələr qeydə alınıb.
Problemlə əsasən ABŞ, Kanada, Yaponiya və Almaniyadan olan istifadəçilər üzləşiblər.